Dəqiq diaqnoz nədir?


Süd vəzinin yeganə xəstəliyi süd vəzi xərçəngidir. Bizə gələn xəstələrdə öncə süd vəzi xərçənginin olub olmadıgını anlamağa çalışırıq.

İlk öncə əl ilə müayinə daha sonra mamoqrafiya və uzi ilə müayinə edirik. Həkim müayinəsi ,uzi və mamoqrafiya süd vəzi xərçəngi diaqnozunu dəqiqləşdirmək üçün kifayət etmir. Müayinə və təhlillərdə xərçəngdən şübhələnsək bunu mütləq isbatlamaq lazımdır. Dəqiq diaqnozu isbatlayıb xəstəyə analizin cavabını vermək lazımdır.

 


Dəqiq diaqnoz necə qoyulur?

Dəqiq diaqnoz üçün iynə biopsiyası mütləqdir. İynə biopsiyası uzi köməkliyi ilə edilir. Şişin olduğu yer keyləşdirilib özəl bir iynə ilə toxumadan parça alınır. Biopsiya ilə alınan toxumadan patologiya analizi nəticəsində dəqiq diaqnoz qoyulur. Biopsiya analizinin cavabi 1veya 2gün içində bəlli olur.

Həkim sizi əməliyyat vəya müalicə etmək istərsə mütləq diaqnozun dəqiqləşdirilməsi lazımdır. Patalogiya analizininin dəqiq imzalı cavabı olmadan müalicəyə başlamaq olmaz.


Dəqiq diaqnoz nə üçün önəmlidir?

Dəqiq diaqnoz cox önəmlidir. Çünki xəstəliyin sadəcə xərçəng olduğunu isbatlamaz eyni zamanda xərçəngin növləri haqqında da cox qiymətli məlumat verər. Nə qədər saldırqan yayılan xərçəng ilə qarşı qarşıya olduğumuzu göstərər. Həkim bu cavablara görə əməliyyatı planlaşdırar. Əgər xərçəng olduğunu öncədən bilirsə patologiya mütəxəssisini dəvət edər və sərhədlərin təmiz olduğunu ,şişin tamamən çıxarıldığını bizə rapor edər.

Öncədən dəqiq diaqnoz isbatlanmışsa əgər qoltuqaltı linfaları da özəl bir dərman ilə əməliyyat zamanı müayinə edirik. Qoltuqlatı linfaları təmiz isə boşuna qoltuqaltı linfalatı əməliyyatda almırıq.

Bütün bunlar üçün dəqiq diaqnoz çox önəmlidir və əməliyyatdan öncə iynə biopsiyası ilə diaqnozun dəqiqləşdirilməsi lazımdır.

 

Add comment


Security code
Refresh